Türkiyədə qalmaqala səbəb olan menecerə qadağa FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Serial və film sənayesində monopoliyaya səbəb olduğu iddiası ilə istintaqa cəlb edilən məşhur menecer Ayşe Barıma ölkədən qaçma şübhəsi ilə beynəlxalq səyahət qadağası qoyulub.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, Ayşe Barım Serenay Sarıkaya kimi məşhur sənətçilərin meneceridir.
Sevgili olduqları düşünülsün deyə Serenaya 5 milyon dollar verib?
Prokurorluq Barımın ölkədən qaçmaq istəyəcəyi ehtimalı ilə ona səyahət qadağası qərarı verib. Baş Prokurorluq Ayşe Barımın idarə etdiyi şirkətlərin serial və kino sektorunda inhisarçılıq və zorakılıqla bağlı irəli sürülən iddiaları araşdırıb və MASAK ilə Vergi İdarəsi Başçılığına hesabat tələb edib.
Barımın şirkətində çalışan Serenay Sarıkaya və Mert Demir də "5 milyon dollarlıq reklam işi" ilə bağlı ifadə verəcək və onların telefon qeydləri çirkli pulların yuyulması və vergidən yayınma halları üçün araşdırılacaq. İddialara görə, bu cütlük arasında münasibətlərin real olmadığı və iş adamı tərəfindən 5 milyon dollar verilən bir reklam əlaqəsi olduğu qeyd edilib.
İstanbul Respublika Prokurorluğu sosial mediada yayılan iddialara ciddi yanaşaraq, maddi həqiqəti üzə çıxarmaq məqsədilə istintaq başladıb.
İstintaq şantaj və iş azadlığının pozulması kimi məsələləri də əhatə edir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 14 Yanvar 2025 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















