Türkiyədə quraqlıq TƏHLÜKƏSİ
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Boğaziçi Universitetinin professoru Levent Türkiyənin böyük hissəsinin şiddətli quraqlıq riski ilə üz-üzə olduğunu açıqlayıb.
News24.az xəbər verir ki, onun paylaşdığı xəritədə Şərqdən Mərmərə dənizinədək geniş ərazidə yağışların kəskin azaldığı görünür. Yay ayları isti hava dalğaları və az yağıntı ilə keçib. Bir çox bölgədə anbarlarda suyun səviyyəsi kritik həddə düşüb. Mütəxəssis durumu “Bu, bir fəlakətdir” sözləri ilə dəyərləndirib.
O bildirib ki, Mərmərə, Egey, Qara dəniz, Orta və Şərqi Anadolu ilə Cənub-Şərq bölgələrində demək olar ki, yağış yağmayıb. Mütəxəssislərə görə, quraqlıq həm kənd təsərrüfatı istehsalını, həm də içməli su ehtiyatlarını ciddi təhlükə altına salır. O, təxirəsalınmaz tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayıb.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 Avqust 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















