Türkiyədə sabiq məmura məxsus seyfdən 26 kq qızıl çıxdı
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Türkiyədə Dövlət Hava Limanları İdarəsi (DHMİ) Biznes şöbəsinin keçmiş müdiri Mehmet Cəmil Acar rüşvət və korrupsiya ittihamı ilə həbs edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı Acarın adına olan bank seyfində aparılan axtarışda külli miqdarda vəsait ələ keçirilib.
Belə ki, sözügedən seyfdən 26 kiloqram qızıl, 1 milyon 320 min dollar və 121 min avro ələ keçirilib. Valyuta və qızıl aktivlərinin ekvivalenti bugünkü məzənnə ilə 160 milyon lirəni (təxminən 7,1 milyon manat) keçir.
Bildirilib ki, hazırda istintaq davam edir.
Qeyd edək ki, ötən il haqqında araşdırma başladılan Acar 2024-cü ilin noyabr ayında vəzifəsindən istefa verib.
Bu mövzuda digər xəbərlər:Türkiyədə əməliyyat: Rəsmi şəxsin evində gizli seyfdən külli miqdarda pul çıxdı FOTO
16 Oktyabr 2026 15:07
Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı FOTO
16 Avqust 2026 20:00
44 milyon yox, seyfdən dərman çıxdı
13 Avqust 2026 13:40
Türkiyədə yük qatarı relsdən çıxdı
22 May 2025 16:57
Türkiyədə qocalar evində yanğın çıxdı
15 Aprel 2025 16:46
Baxış sayı:206
Bu xəbər 20 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















