Türkiyədə saxlanılanların sayı 84 ə çatdı Bu tanınmış da... FOTO
Icma.az, Milli.az saytına istinadən bildirir.
İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və cinayət araşdırmaları çərçivəsində keçirilən əməliyyatda bir çox tanınmış şəxsin adı həbs siyahısında yer alıb.
Milli.Az xəbər verir ki, saxlanılanlar arasında Şeyma Subaşının bacısı Kübra Açılın əri Merthan Açıl və Cübbeli Ahmet Hocanın kürəkəninin böyük qardaşı Mehmet Muhittin Palazoğlu da var.
İmamoğlu həbsdə qalacaq - YENİLƏNİB
Merthan Açıl kimdir?
1982-ci il fevralın 15-də anadan olan Merthan Açıl futbol karyerasına Bakırköy idman infrastrukturunda başlayıb və peşəkar komandaya yüksəlib. O, "Çaykur Rize Spor", "Kasımpaşa" və "Adanaspor" kimi klublarda oynayıb. 2015-16 mövsümündə "Adanaspor"la 1-ci Liqa çempionluğunu qazandıqdan sonra idman karyerasını davam etdirərək İngiltərə Çempionatında "Hull City" komandasında çalışıb.
Qeyd edək ki, əməliyyat çərçivəsində saxlanılanların sayı 84 nəfərə çatıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və 99 şübhəli barəsində "cinayət təşkilatının lideri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "qəsb", "rüşvətxorluq", "ağır fırıldaqçılıq", "qanunsuz şəxsi məlumat əldə etmək" və "tender saxtakarlığı" ittihamları ilə həbs qərarı verilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 19 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















