Türkiyədə Sibir soyuğu ilə bağlı HƏYACAN TƏBİLİ Oksigen qəbulunu çətinləşdirib
Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Sibirdən gələn soyuq hava kütləsinin təsiri altına düşdüyü üçün mütəxəssislər bu soyuq hava şəraitinin ağciyər xəstəlikləri olan şəxslər üçün ciddi sağlamlıq riskləri yaratdığına diqqət çəkirlər.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanası Ağciyər Xəstəlikləri şöbəsindən Prof. Dr. Mustafa Yaman soyuq havanın tənəffüs yollarını daraldaraq oksigen qəbulunu çətinləşdirdiyini bildirib.
Bu vəziyyətin astma tutmalarının, bronxial spazmların və öskürəklərin artmasına səbəb ola biləcəyinə diqqət çəkən Yaman, soyuq dalğanın böyük şəhərlərdə hava çirkliliyi ilə birləşərək sağlamlıq üçün ciddi təhlükələr yaratdığına diqqət çəkdi.
Prof. Dr. Yaman soyuq havanın orqanizmin oksigen qəbulunu çətinləşdirdiyini, ümumi sağlamlığa mənfi təsirlər yaratdığını bildirib.
Tənəffüs yollarında daralma və spazmlar xəstələrin nəfəs almasını çətinləşdirə, onların həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.
Səid,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















