Türkiyədə silahlı hücum: 4 ölü, 8 yaralı
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mersin vilayətinin Tarsus rayonunda silahlı hücum təşkil edən şübhəli indiyə qədər müxtəlif yerlərdə 4 nəfəri öldürüb, 8 nəfəri isə yaralayıb.
Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, hadisə günorta saatlarında Kadelli məhəlləsinin Dörtler bölgəsində baş verib. Sabri və Samet Pan qardaşları ilə düşmənçilik edən Metin Ö. idarə etdikləri restoranda ov tüfəngi ilə atəş açıb. Güllələr Sabri Pan, Ahmet Ercan Can, Mehmet T. və bir neçə müştəriyə dəyib. Metin Ö. hadisə yerindən qaçıb və hadisə yerinə tibbi və polis qrupları göndərilib.
Gələn tibb işçilər Sabri Panın öldüyünü müəyyən edib. Yaralılar təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıb.
Müalicə üçün aparılan Ahmet Ercan Can həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib.
Maşınla qaçan təcavüzkar, Kaburgediği məhəlləsində heyvan otaran gənc oğlan Yusuf Oktay və Yenimahalle rayonundakı evinin yaxınlığında yük maşını sürücüsü Abdullah Kocanı da öldürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 May 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















