Icma.az
close
up
RU
Türkiyədə son 5 ildə istefaların sayı 127yə çatdı

Türkiyədə son 5 ildə istefaların sayı 127yə çatdı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Türkiyə çempionatının son turu növbəti məşqçi istefası ilə əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, “Hatayspor” Rza Çalımbayla yollarını ayırdı. Bu komanda son turda öz meydanında aşkar autsayder “Adana Dəmirspor”a boyun əymişdi. Final fitindən sonra fanatlar təcrübəli mütəxəssisi istefaya səsləmişdi. Türkiyə çempionatında ən çox oyun keçirən məşqçi statusunda olan Çalımbay komandanın başına 5-ci turda gətirilmişdi.
Həmin vaxt “Hatayspor” 4 turdan sonra topladığı 1 xalla sondan əvvəlki – 18-ci pillədə qərarlaşmışdı. Aradan 3 aydan çox vaxt keçsə də, dəyişən bir şey yoxdu. Komanda hələ də 18-ci pillədədi. “Hatayspor” 61 yaşlı mütəxəssisin dönəmində 15 rəsmi oyundan 3 qələbə, 5 heç-heçə, 7 məğlubiyyətlə ayrıldı ki, bu qələbələrdən 2-si kubokda aşağı liqa təmsilçiləri ilə oyunlarda qazanıldı. Yəni çempionatda komandanın hamıdan az – cəmi 1 qələbəsi var. Hətta sonuncu pillədəki “Adana Dəmirspor”un belə 2 qələbəsi var. Çalımbayın yerinə Bülənt Korkmazın gələcəyi barədə iddialar var. Amma hələ ki rəsmi təyinat baş tutmayıb. Bu, 17 turu arxada qalan Türkiyə çempionatında cari mövsüm 12-ci məşqçi istefası oldu! 19 komandadan 10-u artıq məşqçi dəyişikliyinə gedib. “Adana Dəmirspor”la “Hatayspor”da 2 dəfə məşqçi dəyişib. Hatay klubu mövsümə Özhan Pulatın rəhbərliyi altında başlamışdı. Hələ ki, 9 klub – “Qalatasaray”, “Fənərbaxça”, “Samsunspor”, “Göztəpə”, “Eyüpspor”, “İstanbul BŞ”, “Qaziantep”, “Antalyaspor”, “Çaykur Rizəspor” məşqçi dəyişikliyinə getməyib. İstefalar baxımından Türkiyə Avropada açıq fərqlə öndədi. Son 5 mövsümdə Türkiyənin elitasında 127-ci (!) dəfə bir məşqçi öz klubundan ayrıldı. Bu müddətdə ən qeyri-sabit klub 11 məşqçi dəyişən “Kasımpaşa”dı. Digər pillələrdə “Kayserispor” (10), “Beşiktaş” (8) və “Konyaspor” (8) qərarlaşıb.
Yeri gəlmişkən, “Hatayspor”da tək baş məşqçi yox, prezident də istefa verib. Bu ilin iyunundan bu vəzifəni icra edən Levent Mıstıkoğlu yazılı açıqlama ilə prezidentlikdən ayrıldığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Yanvar 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri