Türkiyədə sorğu: CHP yenə zirvədədir
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Türkiyədə siyasi partiyalarla bağlı daha bir sorğu keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, bu dəfə “ASAL Araşdırma Şirkəti” tərəfindən insanların fikirləri öyrənilib.
12-18 sentyabr ayında təşkil olunan sorğuda vətəndaşlardan bazar günü seçki keçirilsə hansı partiyaya səs verəcəkləri soruşulub. Sözügedən sorğuda 2 min nəfərin iştirak etdiyi açıqlanıb.
Cümhuriyyət Xalq Partiyası (CHP) aylardır olduğu kimi yenə də birinci olub. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) isə ikinci sırada qərarlaşıb.
Sorğunun nəticələri aşağıdakı kimidir:
• Cümhuriyyət Xalq Partiyası (CHP) – 32,6%
• Ədalət və İnkişaf Partiyası (AK Parti) – 31,5%
• Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) – 9,2%
• Milliyətçi Hərəkat Partiyası (MHP) – 7,9%
• İYİ Partiya – 5,3%
• Zəfər Partiyası – 4,5%
• Yenidən Rifah Partiyası – 2,9%
• Anahtar Partiyası – 1,8%
• Türkiyə İşçi Partiyası (TİP) – 1,4%
• Digər – 2,9%.
Elmir Mustafa
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 22 Sentyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















