Türkiyədə TUFAN kamikadze İDA ilk dəfə suya endirildi
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin müdafiə sənayesində mühüm hadisə baş verib. Dəniz müharibəsində yeni nəsil zərbə vasitəsi kimi hazırlanmış TUFAN Kamikadze İnsansız Dəniz Aracı (İDA) ilk dəfə suya endirilib.
Anadolu Agentliyinin məlumatına görə, TUFAN Kocaeli vilayətinin Gölcük rayonunda keçirilən “TEKNOFEST Mavi Vatan 2026” tədbiri çərçivəsində ilk dəfə su üzərində nümayiş etdirilib. Agentliyin materialında TUFAN dəniz müharibəsində yeni nəsil “vurucu güc” kimi xarakterizə olunur.
Məlumata görə, tədbir Türkiyə Milli Müdafiə Nazirliyi və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) əsas təşkilatçılığı ilə Gölcük Tərsanəsi Komandanlığında keçirilir. “TEKNOFEST Mavi Vatan” avqustun 20-dən 23-dək davam edəcək.
TUFAN-ın ilk dəfə suya endirilməsi Türkiyənin pilotsuz dəniz sistemlərinin inkişafı istiqamətində həyata keçirdiyi işlərin növbəti mərhələsi kimi diqqət çəkir. Layihənin əsas məqsədi müasir dəniz döyüşlərində pilotsuz sistemlərin imkanlarından istifadə etməklə yeni nəsil zərbə qabiliyyətlərinin formalaşdırılmasıdır.
N.Adilqızı
XQ
Baxış sayı:142
Bu xəbər 20 Avqust 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















