Icma.az
close
up
RU
Türkiyədə Ukrayna üçün sülh danışıqları: Azərbaycan da iştirak edə bilər

Türkiyədə Ukrayna üçün sülh danışıqları: Azərbaycan da iştirak edə bilər

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedib. Bu səfər təkcə rəsmi danışıqlarla deyil, həm də simvolik məqamlarla yadda qalıb.

Xüsusilə Zelenskinin Ankarada keçirilən rəsmi qarşılanma mərasimində Ərdoğanın çətirini onunla paylaşması sosial mediada geniş rezonans doğurub. Analitiklər bu jesti yalnız nəzakət əlaməti kimi deyil, Türkiyənin Ukraynaya verdiyi dəstəyin simvolu kimi də qiymətləndirirlər.

Bu görüş Ukrayna liderinin son beynəlxalq toplantılara qatılması ilə bağlı yaşanan gərginliklər fonunda mühüm əhəmiyyət kəsb edir. Məsələn, Ər-Riyadda Rusiya və ABŞ rəsmilərinin uzun fasilədən sonra ilk dəfə görüş keçirməsi diqqət çəkib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Zelenskinin də toplantıya qatılmasını istəyib, lakin Vaşinqton və Moskva buna razılıq verməyib. Ukrayna Prezidenti bu görüş barədə yalnız mediadan xəbər tutduqlarını bildirib.

Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində balans siyasətini qorumağa çalışsa da, son hadisələr Ankaranın Kiyevə daha açıq dəstək nümayiş etdirdiyini göstərir. Ərdoğanın çətiri altında dayanan Zelenskinin Türkiyədən hansı zəmanətlər aldığı isə yaxın günlərdə aydınlaşacaq.

Bəzi ekspertlər Türkiyənin Ukraynaya qoşun göndərmək ehtimalını tamamilə istisna etmirlər. Ankara ilə Kiyev arasında hərbi sahədəki strateji əməkdaşlıq, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı və müdafiə sənayesi layihələri nəzərə alındıqda, bu ssenarinin gələcəkdə daha çox müzakirə predmeti ola biləcəyi düşünülür.

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, hazırkı situasiyada heç kəsin Ukrayna üçün edəcəyi nəsə yoxdur:

“Bu saatdan sonra Türkiyənin Ukraynaya edəcəyi nəsə yoxdur. Əslində heç kəsin edə biləcəyi bir şey yoxdur. Türkiyə sadəcə olaraq Rusiya-Ukrayna müharibəsinin tezliklə yekunlaşmasını, Rusiyanın leqal haqlarının geri verilməsini istəyir. Bununla bağlı beynəlxalq hüquq çəriçivəsində Türkiyə həm Rusiya, həm də Ukrayna ilə ikitərəfli münasibətlərini müharibənin başlayandan bu yana heç dəyişdirməyib. Hər iki ölkəyə bərabər yanaşıb. Xüsusilə də, Türkiyə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı görüşə Rusiyanın müharibə tərəfi kimi dəvət edilib, Ukraynanın dəvət edilməməsini tənqid edən ölkədir. İki ölkə savaşırsa, hər iki tərəfin liderləri də, nümayəndələri də dəvət edilməlidir.  Amma Trampın həm Putinlə olan əlaqələri, həm digər ölkələri istəməməsi səbəbindən Ukrayna masada oturmadı”.

Ekspert vurğulayıb ki, Türkiyə yaxın vaxtlarda vasitəçiliyə əl atacaq:

“Rusiya-Ukrayna üçün sülh masasının Türkiyə olacağını düşünürəm. Bunu Rusiya da, Ukrayna da qəbul edər. ABŞ da buna "yaşıl işıq" yandıracaq. Bu saatdan sonra Türkiyənin göstərə biləcəyi tək yardım Ukraynanın da sülh masasındada iştirakını təmin etməkdir. Hazırda hər kəs haradasa, tərəfini dəyişib Rusiya tərəfdarı olmuşkən cənab Prezidentimizin böyük cəsarəti, tarixi lider siması ilə Rusiya masadaykən Zelenskini qəbul etməsi və bir çox razılaşmalara gəlməsi  böyük hadisədir. Bu, hər igidin işi deyil. Türkiyə bir daha türklüyünü, böyük dövlət olduğunu, məzlumun yanında olduğunu göstərdi. Bu, əslində bütün dünyaya mesajdır”.

İ.Muğlu vurğulayıb ki, Türkiyə sülh masası olsa, burada Azərbaycan da iştirak edəcək:

“Azərbaycan müstəqil bir türk dövlətidir. Təbii ki, Azərbaycanın Türkiyə ilə qardaşlıqdan da o tərəfə əlaqələri var. İki dövlət bir millət anlayışı ilə Suriya məsələsində birgə hərəkət etdiyimiz kimi Ukrayna məsələsində də cənab Rəcəb Tayyib Ərdoğanla, cənab İlham Əliyevin eyni pəncərədən məsələyə baxacaqlarına inanıram. Çünki hər iki ölkə də tezliklə müharibənin bitməsini istəyir. Bu müharibənin qalibi olmadığı kimi, ən çox ziyanı yenə bu regionda olan dövlətlər yaşayıb. Bu ölkələrin başında Türkiyə, Azərbaycan və digər türk dövlətləri gəlməkdədir. Qafqaz Rusiyadan başqa hər kvadrat metrininin türk olduğu coğrafiyadır. Müharibənin ən böyük zərəri biz türk millətinə dəyib.Onun üçün  Azərbaycan da Türkiyə kimi düşünməkdədir və birlikdə hərəkət edəcəklər. Türkiyə əgər sülh masası olsa, Azərbaycan da böyük ehtimalla o masada yerini alacaq və Türkiyə ilə eyni yolu izləyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri