Türkiyədə vətəndaşlara meşə yanğınları ilə bağlı XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Türkiyə Meşə Baş direktoru Bekir Karacabey, Ramazan Bayramı tətillərində meşəlik əraziləri ziyarət edəcək vətəndaşlara yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq edib:
"Xüsusilə icazə verilməyən yerlərdə meşələrə daxil olmamalarını və icazəsiz ərazilərdə düşərgə qurmaqdan çəkinmələrini xahiş edirik".
Redaktor.az xəbər verir ki, Ramazan Bayramı tətillərinin 9 gün olması səbəbindən vətəndaşların istirahət üçün meşəlik ərazilərə üz tutacağı gözlənilir. Lakin bu zonalarda keçirilən piknik və düşərgə fəaliyyətləri meşə yanğınları üçün risk yaradır.
Karacabey qeyd edib ki, Meşə Həftəsi çərçivəsində 81 vilayətdə müxtəlif tədbirlər təşkil edilib və genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb. O, həmçinin məktəblərdə şagirdlərə maarifləndirici təlimlərin keçirildiyini, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə meşələrin qida istehsalına töhfəsi mövzusunda seminar təşkil edildiyini vurğulayıb.
Kənan YUSİF
Baxış sayı:94
Bu xəbər 29 Mart 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















