Türkiyədə virus səbəbilə bütün heyvan bazarları bağlandı
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə dabaq xəstəliyinin yayılması ilə əlaqədar bütün heyvandarlıq bazarlarının bağlanmasına qərar verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə IHA informasiya agentliyi məlumat yayıb.
Ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı nazirliyi nəzdində fəaliyyət göstərən Qida Nəzarəti Baş İdarəsi 81 vilayətin yerli qurumlarına təcili xəbərdarlıq məktubu göndərib. Bildirilir ki, Qurban bayramından sonra xəstəliyin yayılmasında ciddi artım müşahidə olunur.
Dabaq virusuna yoluxma halları qeydə alınan bölgələrdə karantin tədbirləri tətbiq olunub. Qurumdan bildirilib ki, qısa müddətdə bütün heyvanların bu virusa qarşı peyvənd olunması mümkün deyil.
"Heyvanların və ziyarətçilərin intensiv hərəkətliliyi xəstəliyin yayılması baxımından yüksək risk daşıdığı üçün vilayətinizdə fəaliyyət göstərən bütün ticarət nöqtələrinin dərhal və növbəti göstərişədək bağlanmasını rica edirik", deyə baş idarənin təlimatında vurğulanıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 İyul 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















