Icma.az
close
up
RU
Türkiyədə yaşanan hadisə azərbaycanlıları da şoka saldı Üç min nəfər...

Türkiyədə yaşanan hadisə azərbaycanlıları da şoka saldı Üç min nəfər...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Türkiyənin Aydın şəhərində baş verən qalmaqallı hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Belə ki, Efeler Bey Camiinin qarşısında bir qəssab donuz ətindən hazırlanmış yeməyi insanlara təqdim edib və təxminən üç mindən çox insan bunu yeyib. Qəssab yeməyin mənşəyi barədə heç kəsə məlumat verməyib. Daha sonra o, dini bir xadimə sual verib ki, bunu edərək savab qazanıb, yoxsa günah işlədib? Hadisə sosial medianın Azərbaycan seqmentində də diqqət çəkib və birmənalı qarşılanmayıb.

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, təxminən üç mindən çox insana bu yeməyin verilməsi bir qəssabın məsuliyyətsizliyindən qaynaqlanır:

“Bəqərə surəsinin 173-cü ayəsində buyurulur: “Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanın ətini qəti şəkildə haram edib. Lakin kim çarəsiz qalarsa, zorla və həddi aşmadan bunlardan yeyərsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir”. Beləliklə, Allah bu qidaları müsəlmanlar üçün qadağan edib. Xüsusilə donuz ətinin vurğulanması vacibdir, çünki bu, birbaşa haram kateqoriyasına daxildir.

Ümumiyyətlə, donuz ətini müsəlmanlara yedizdirmək təşəbbüsü dini baxımdan haram sayılır. Bu əməl günaha aparır. Ola bilər ki, bir insanın niyyəti belə deyil, məsələn, o sadəcə insanlara dəstək olmaq istəyir, onları qonaq etmək niyyətindədir. Amma saf niyyət belə haram işi halal etməz, xeyrə çevirməz, əksinə günaha sürükləyir”.

Ağa Hacıbəyli

İlahiyyatçı qeyd edib ki, məsələnin əsas tərəfi təxminən üç min nəfərin bunu bilmədən yeməsidir:

“Dinin şəriətinə görə, bir insan günaha cahillik və ya məlumatsızlıq səbəbindən düşübsə, Allah onları hesaba çəkməz. Bu şəxslər güvənib və yeməkdən xəbərsiz istifadə ediblər. Ona görə də onların məsuliyyəti yoxdur. Əgər müsəlman ölkəsi əvəzinə, xristian ölkəsində olsaydılar və bilə-bilə haram qida alsaydılar, məsuliyyət daşıyardılar. Xüsusilə müsəlman icmasında, məscid yaxınlığında belə bir hadisənin baş verməsi ciddi qınanılır. Lakin insanlar bunu bilmədən ediblər. Bu halda tövbə etmək vacibdir. Belə ki, yeməkdən xəbərsiz istifadə etdiklərini biləndən sonra Allahdan bağışlanma diləməli, qüsurlarını aradan qaldırmaq üçün peşmançılıq göstərməlidirlər”.

Ağa Hacıbəylinin sözlərinə görə, işin digər tərəfi ictimai məsuliyyətlə bağlıdır:

“Bu fərdi günahdan daha çox cəmiyyətdə etibarın sarsılmasına səbəb olur. İnsanlar qəssablara və yeməkxanalara güvənirlər, onlar heyvanları “bismillah” deyərək kəsir və hazırlayırlar. Belə hallarda isə bu etibar zədələnir, insanların bir-birinə olan güvəni sarsılır. Dediyim kimi, bilmədən donuz əti yeyən insanların günahı yoxdur. Allah isə bilməyənləri bağışlayar”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri