Icma.az
close
up
RU
Türkiyədə yaşananlar Azərbaycanda da narahatlıq yaratdı KONKRET

Türkiyədə yaşananlar Azərbaycanda da narahatlıq yaratdı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Türkiyə məktəblərində baş verən silahlı hücumlar Azərbaycanda da narahatlıq yaradıb. Bu fonda uşaq, yeniyetmə və gənclərlə bağlı profilaktik tədbirlərin gücləndirilməsi müzakirə olunur.

Hansı tədbirlər planlaşdırılır? Onların teleserialların, sosial medianın və onlayn oyunların mənfi təsirinə düşməməsi üçün necə addımlar atıla bilər? Universitet və orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mümkündürmü?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, heç kimin gözləmədiyi vaxtda Türkiyədə belə bir hadisənin baş verməsi sosial medianın cəmiyyətə və ictimai proseslərə təsirinin getdikcə artdığını göstərir:

“Ona görə də gənclərin qorunması istiqamətində daha ciddi yanaşmaya ehtiyac var. Hazırda dünyada gedən proseslər bu sahənin nəzarətdə saxlanmasını zəruri edir. Əks halda, oxşar halla biz də üzləşə bilərik. Bu istiqamətdə dövlət müəyyən addımlar atır və görülən işlər əhəmiyyətlidir. Məqsəd cəmiyyətdə gənclərin sağlam mühitdə formalaşmasını təmin etməkdir”.

Deputat bildirib ki, məktəblilər arasında bu cür proseslərin sürətlə inkişaf etməsi əlavə risklər yaradır:

“Gələcəkdə bu risklərin qarşısını almaq üçün daha geniş və sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Çünki belə silahlı hücumların artma ehtimalı yüksəkdir və zamanla daha açıq şəkildə özünü göstərə bilər. Ona görə də bu sahədə kompleks yanaşma tətbiq olunmalı, müxtəlif istiqamətlər üzrə təsirli tədbirlər görülməlidir. Təhsil və tərbiyə sahəsində işlər gücləndirilməli, zərərli oyunların qarşısı müxtəlif üsullarla alınmalı, eyni zamanda, təhlükəsizlik mexanizmləri daha da möhkəmləndirilməlidir. Bu addımlar uşaqların, yeniyetmələrin və gənclərin gələcəyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Qeyd edək ki, 14-15 aprel tarixlərində Türkiyənin Kahramanmaraş və Şanlıurfa bölgələrində məktəblilərə qarşı silahlı hücum baş verib. Şanlıurfadakı hadisə nəticəsində 18 nəfərin yaralandığı, Kahramanmaraşdakı hücumda isə 9 nəfərin öldüyü, 13 nəfərin isə xəsarət aldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Aprel 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri