Türkiyədə yaşayan azərbaycan vətəndaşlarına pasportlar veriləcək
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin İğdır və Qars bölgələrində yaşayan və şəxsiyyəti təsdiqləyən sənədləri olmayan Azərbaycan vətəndaşlarına bu ildən etibarən pasportların verilməsinə başlanılacaq.
Teleqraf.com-un Türkiyə bürosu xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yanvarın 18-də İstanbulda keçirilən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının ümumi yığıncağında bildirib.
Onun sözlərinə görə, 1990-cı illərdə Türkiyəyə köçmüş və indiyədək sənədsiz yaşayan soydaşlarımızın bir qusmu pasportla təmin olunub: "Bu işdə dərnəklərin əvvəzsiz xidmətləri olub. Proses davam etdirilir. Bu ildən etibarən İğdır və Qarsdakı sənədsiz azərbaycanlılar pasportla təmin olunacaq".
Qeyd edək ki, Türkiyədə, xüsusuilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması məsələsi xeyli müddətidir ki, gündəmdədir. Belə ki, bir müddət öncə təxmini sayı mindən çox olan, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu yaradılıb, bu ailələr siyahıya alınıb. Növbəti mərhələdə onlara sənədlərin verilməsinə başlanılıb.
Baxış sayı:141
Bu xəbər 18 Yanvar 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















