Türkiyədə yaşayan azərbaycanlının kartına səhvən 1 trilyon pul gəldi
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə yaşayan Azərbaycan əsilli şəxs səhvən dünyanın ən varlı adamlarından birinə çevrilib.
Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Van şəhərində baş verib.
Belə ki, 10 il əvvəl Türkiyəyə köçən və hazırda 32 yaşı olan Əhməd Cahanqard Takalo adlı şəxsin bank hesabına 1 trilyon lirə (təx. 38 milyard manat) pul köçürülüb.
Ə.Takalo marketdən alış-veriş edərkən kartında yaşanan problemə görə banka müraciət edib.
Baxış zamanı onun bank hesabında 1 trilyon lirəyə yaxın ( 999 milyard, 99 milyon, 999 min 999 lirə 99 qəpik) pul olduğu üzə çıxıb. O, bir aya yaxındır bank hesabına daxil ola bilmədiyini və pulun haradan göndərilməsindən xəbərsiz olduğunu söyləyib.
Pulun mənşəyi bəlli olmadığından dövlət qurumları tərəfindən onun hesabı bloklanıb.
Takalonun bank hesabında görünən pul təxminən 21.8 milyard dollar olub. Bu məbləğ onu dünyanın ən varlı 120 adamından biri kimi göstərib.
Billurə
Baxış sayı:188
Bu xəbər 02 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















