Türkiyədə yeni qazıntı: Göbəklitəpədə tarixin izləri axtarılır
Azertag saytına istinadən Icma.az xəbər verir.
İstanbul, 13 avqust, AZƏRTAC
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkənin Şanlıurfa vilayətində yerləşən və təxminən 12 min il əvvələ aid edilən dünyanın ən qədim monumental arxeoloji abidələrindən biri olan Göbəklitəpənin şimal hissəsində ilk dəfə qazıntı işlərinə başlanıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Gələcəyə miras” layihəsi çərçivəsində aparılan səth araşdırmaları və geomagnetik ölçmələr yeni ərazidə iri ictimai tikililərin, dördbucaqlı planlı strukturların və daxmaların ola biləcəyini göstərir.
Qazıntılar yeni sahə ilə yanaşı, bəzi ərazilərində də paralel davam edir. Tədqiqatlar nəticəsində Göbəklitəpənin eramızdan əvvəl VIII minilliyə aid ikinci mərhələsinə aid dördbucaqlı tikililər üzə çıxarılıb.
Nazir Ersoy bildirib ki, Göbəklitəpənin müxtəlif hissələrində qazıntı, bərpa və mühafizə işləri kompleks şəkildə aparılır. Yeni qazıntı sahələrini nəzərə alaraq yenilənən piyada yollarının da yaxın zamanda ziyarətçilərin istifadəsinə açılması planlaşdırılır.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 Avqust 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















