Icma.az
close
up
RU
Türkiyədə yeni təhsil ilinə start verilib

Türkiyədə yeni təhsil ilinə start verilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İzmir, 8 sentyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyədə builki təhsil prosesi “Ailə” və “Yaşıl Vətən” olmaqla iki əsas mövzu üzrərində müəyyənləşdirilib. Bu çərçivədə “Hər uşaq bir ting, ilk dərs yaşıl Vətən” başlığı ilə ilk həftə ölkə məktəblərində bir çox tədbir keçiriləcək. Bundan əlavə, 10 ay davam edən təhsil ili ərzində “Yaşıl Vətən mənim məktəbimdir, gələcəyə çarə” başlığı altında keçiriləcək dərslər iqlim, ətraf mühit və ailə mövzularını əhatə edəcək. Bu dərslər ailələri də prosesə birbaşa daxil etməyi hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 2025-2026-cı tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib. Türkiyədə başlanılan yeni maarif modeli barədə danışan ölkə başçısı deyib: “Yeni maarif modelimizlə biz yalnız insan yetişdirməklə kifayətlənmirik, eyni zamanda, bir sivilizasiya qurmağa çalışırıq”. Prezident Ərdoğan bildirib ki, bu günə qədər Türkiyədə ümumilikdə 4 milyard 78 milyon dərslik şagirdlərə ödənişsiz təqdim olunub. Laboratoriya sayı 21 min 849-dan 49 min 666-ya çatdırılıb. Son 22 ildə elm və incəsənət mərkəzlərinin sayı 20 dəfə artırılaraq 364-ə çatdırılıb. 23 il əvvəl ölkədə cəmi 2 min 791 idman zalı var idi. Hazırda bu rəqəm 12 min 214-ə yüksəlib. 2002-ci ildə təhsilə ayrılan ümumi büdcə cəmi 10,44 milyard lirə olduğu halda, 2025-ci ildə bu rəqəm 2 trilyon 186 milyard lirə təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri