Türkiyədə yük maşını ilə minik avtomobili toqquşub, ölənlər var
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Bartın şəhərində yük maşını və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi beş nəfərin ölümü ilə nəticələnib.
“Report” xəbər verir ki, bu barədə ölkənin “Demirören” xəbər agentliyi (DHA) məlumat yayıb.
“Bartında sürücünün nəzarətindən çıxan və qarşı tərəfdən gələn yük maşını ilə toqquşan avtomobildəki 5 nəfər həyatını itirib”, – agentlik bildirib.
Qeyd olunub ki, olay yerinə təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib. “Hadisə yerinə gələn briqadaların araşdırması nəticəsində avtomobilin içində sıxılıb qalan 5 nəfərin keçindiyi müəyyən edilib”, – məlumatda vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.


Türkiyədə yük maşını ilə minik avtomobili toqquşub, ölənlər var
01 Dekabr 2024 10:52
Türkiyədə minik avtomobili yük maşını ilə toqquşub, ölənlər var
01 Dekabr 2024 10:49
Türkiyədə yük maşını ilə minik avtomobili toqquşub, ölənlər var FOTO AzPolitika onlayn siyasiictimai qəzet
01 Dekabr 2024 13:34
Türkiyədə minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər ölüb
01 Dekabr 2024 10:24
Minik avtomobili yük maşını ilə toqquşdu Ölənlər var KONKRET
01 Dekabr 2024 11:03

