Türkiyədə yüzlərlə sayta giriş bloklandı SƏBƏB
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Ankara vilayətində qanunsuz mərc, dələduzluq və əxlaqsız məzmunlu paylaşımlarla bağlı yüzlərlə internet resursuna giriş bloklanıb.
AZXEBER.COM "Haber7"yə istinadən xəbər verir ki, Ankarada sentyabrın 21-dən 27-dək aparılan virtual patrul və açıq mənbə araşdırmaları çərçivəsində 760 sosial media hesabı və URL ünvanı araşdırılıb.
Qanunsuz mərc oyunlarına şərait yaratdığı müəyyən edilən 341, fişinq yolu ilə dələduzluq etdiyi aşkarlanan 6 və əxlaqsız məzmunlu paylaşımlar edən 70 internet saytı barədə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna məlumat verilib və həmin resurslara giriş məhdudlaşdırılıb.
Bundan başqa, cari il ərzində baş vermiş və təqsirkarı müəyyən edilməmiş kibercinayətlərin araşdırılması çərçivəsində Çankaya rayonunda qeydə alınan ağır dələduzluq hadisəsinin üstü Baş Prokurorluğun koordinasiyası ilə açılıb.
Hadisəni törətdiyi müəyyən edilən şübhəli barəsində hüquqi tədbirlərin görülməsinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 28 Sentyabr 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















