Türkiyədə zəlzələ bölgəsinə ilkin yardım üçün vəsait ayrılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul, 11 avqust, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra bölgədə 237 afterşok qeydə alınıb. Onlardan 10-nun maqnitudası 4 baldan çox olub.
AZƏRTAC xəbər verir ki, bu ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələdən sonrakı vəziyyətlə bağlı mətbuata açıqlama verib.
O, zəlzələ bölgəsinə təcili xərclərin ödənilməsi üçün ilkin olaraq 20 milyon lirə ayrıldığını, evini itirən vətəndaşlardan ötrü qısa vaxt ərzində konteynerlərin quraşdırılacağını deyib.
Bildirilib ki, şəhər mərkəzi və iki kənddə ümumilikdə 16 tikili dağılıb, onlardan 4-də yaşayış olub. Axtarış-xilasetmə işlərinə 1100 nəfərdən ibarət canlı qüvvə, 11 axtarış iti və 214 texnika cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 11 Avqust 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















