Türkiyədə zəlzələlər barədə proqnozlar verən məşhur mütəxəssis Ahmet Ercan insult keçirib
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur türkiyəli mütəxəssis, geofizika mühəndisi Ahmet Ercan Bosniya və Herseqovinada səfərdə olarkən bel ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib və orada olarkən insult keçirib.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə o, sosial media hesabında açıqlama verib.
Ahmet Ercan hazırda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda müşahidə altında saxlanıldığını bildirib.
"Bosniya və Herseqovinada onurğa beyni boyunca boyundan bel nahiyəsinə qədər bel ağrıları və 22/12 qan təzyiqi ilə təcili yardım maşınında Sarayevo Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirildim. 10 gün əvvəl ürəyimə stent qoyulmuşdu. 3 saatlıq tibbi müdaxilə ilə təzyiqim 13/7.5-ə endirildi. Sonra insult keçirdim. Hazırda Sarayevoda müşahidə altında dincəlirəm. Maraqlanan kardioloqlara, dostlarıma, yaxınlarıma təşəkkür edirəm", - deyə o qeyd edib.
Bildirək ki, Ahmet Ercan Türkiyədə baş verən zəlzələlərlə bağlı verdiyi maraqlı proqnozları və xəbərdarlıqları ilə də tanınır.
Baxış sayı:84
Bu xəbər 06 May 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















