Icma.az
close
up
RU
Türkiyədəki “Akkuyu” AES də nüvə yanacağının yüklənməsi həyata keçirilib

Türkiyədəki “Akkuyu” AES də nüvə yanacağının yüklənməsi həyata keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 9 iyun, AZƏRTAC

Türkiyənin Mersin əyalətində tikilməkdə olan “Akkuyu” Atom Elektrik Stansiyasının 1-ci Blokunun reaktor korpusuna 163 imitasiyalı qurğusunun yüklənməsi üzrə texnoloji mərhələ uğurla başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, proses Türkiyə Nüvə Tənzimləmə Təşkilatının nəzarəti altında beş gün davam edib.

Bu cür əməliyyatlar nüvə enerjisi sənayesi üçün xüsusilə vacibdir, çünki onlar bütün texniki həllərin düzgünlüyünü, personal əməliyyatlarının dəqiqliyini və avadanlıqların hazırlığını təmin edir.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial media səhifəsində “Rosatom” tərəfindən inşa edilən AES-də əsl nüvə yanacağının yüklənməsi ərəfəsində ilkin sınaq kimi xidmət edən bu vacib mərhələnin uğurla başa çatdığını elan edib.

Enerji naziri qeyd edib: “Məqsədimiz bu ilin sonuna qədər AES-də elektrik enerjisi istehsal etməyə başlamaq və Türkiyədə nüvə enerjisinin yeni bir dövrünə start verməkdir. Biz təkcə “Akkuyu” AES-ə diqqət yetirməyəcək, həm də Türkiyənin enerji portfelinə kiçik modul reaktorlar, həmçinin Sinop və Trakyada tikməyi planlaşdırdığımız yeni atom elektrik stansiyalarını əlavə edəcəyik. 2050-ci ilə qədər Türkiyənin tam enerji müstəqilliyi hədəfinə doğru qətiyyətlə irəliləyəcək, o cümlədən nüvə enerjisi gücünü 20 min MVt-a çatdıracağıq”.

“Akkuyu” AES Rusiya və Türkiyə arasında genişmiqyaslı sənaye əməkdaşlığının əhəmiyyətli nümunəsidir. Seysmik cəhətdən təhlükəsiz Mersin vilayətində Rusiyanın müasir dizaynlı VVER-1200 reaktorları ilə dörd enerji blokunun tikintisi davam edir.

Qeyd olunur ki, “Akkuyu” AES-in layihə müddəti 60 ildir, bundan sonra isə daha 20 il uzadıla bilər. Layihə Türkiyə və Rusiya hökumətləri tərəfindən dəstəklənir.

“Akkuyu” AES Türkiyənin 10-dan çox bölgəsini, mülki və sənaye infrastrukturu da daxil olmaqla 12 milyondan çox istehlakçını elektrik enerjisi ilə təmin edəcək. Tam fəaliyyətə başladıqdan sonra bu AES Türkiyə iqtisadiyyatının ümumi elektrik enerjisi ehtiyacının 10 faizini təmin edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri