Türkiyədəki boykot çağırışları və etirazlar nə ilə nəticələnəcək? İLGİNC SSENARİ KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqtisadi boykot çağırışları ilə bağlı ilk dəfə danışıb. Türkiyə lideri çağırışların istənilən effekt vermədiyini deyib. Maraqlıdır görəsən, Türkiyədəki boykot çağırışları və etirazların sonu necə olacaq? Proses nə ilə yekunlaşacaq?
Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu KONKRET.az-a açıqlamasında bildirib ki, dünyada hərbi qarşıdurmalar fonunda baş verən geosiyasi dəyişikliklər nəticəsində qlobal gücü olan dövlətlər kifayət qədər zəifləyib:
Əli Zülfüqaroğlu
“Xüsusilə Rusiya və Birləşmiş Ştatları buna misal göstərə bilərik. Amma çox az sayda dövlətlər var ki, bu prosesləri öz lehinə çevirib. Onlardan biri də Türkiyədir. Türkiyə artıq qlobal güc olmaq yolunda böyük məsafə qət edib. Geosiyasi proseslərdə əsas söz sahiblərinədən birinə çevrilib. Son zamanlar Suriyada Türkiyənin güclənməsi bir sıra dövlətləri narahat edir. İsrail Türkiyənin Suriyadakı hərbi varlığını özünə təhdid kimi görür.“
Politoloq qeyd edir ki, daxildə baş verən proseslər Türkiyənin dövlət maraqlarına ciddi şəkildə zərbə vurur:
“Türkiyənin dərin strateji planları var. Bu strateji planları reallaşdırmadan beynəlxalq arenada uğur qazana bilməyəcək. Ona görə də, Türkiyə prosesləri idarə olunan səviyyədə saxlamağa və aksiyaları yatırmaqda qərarlı olmağa çalışacaq. Bundan sonrakı proseslər Türkiyə dövlətinin milli maraqlarına uyğun şəkildə həllini tapacaq. Sabitliyin tamamilə bərpa olunacağını söyləmək mümkündür.“
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















