Icma.az
close
up
RU
Türkiyədəki bu qadağa Azərbaycana gələ bilər Açıqlama

Türkiyədəki bu qadağa Azərbaycana gələ bilər Açıqlama

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə sosial şəbəkələr üzərindən məhsul və xidmət satışı ilə bağlı qaydalar sərtləşdirilir. Yeni tələblər çərçivəsində istehlakçıların daha şəffaf məlumatlandırılması və qiymətlərin gizli saxlanılmasının qarşısının alınması gündəmə gəlib. Bu dəyişiklik “qiymət üçün DM-ə yazın” praktikasının məhdudlaşdırılması baxımından diqqət çəkir. Əks halda cərimələnəcəkləri bildirilib. 
Belə bir yanaşmanın Azərbaycanda da tətbiqi mümkündürmü?
Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov Demokrat.az-a bildirib ki, Türkiyənin Ticarət Nazirliyi əvvəlcə daşınmaz əmlak və avtomobil elanları üzrə tətbiq olunan Elektron Elan Doğrulama Sistemini (EİDS) sosial media platformalarına da şamil edib.

Onun sözlərinə görə, nazirlik sosial mediada "qiymət üçün DM" ifadəsi ilə elan verən 82 əmlak və avtomobil qalereyasına ümumilikdə 8,2 milyon lirə cərimə tətbiq edib: 
“Bu qaydalar “Instagram”, “Facebook” və “WhatsApp” kimi platformalarda paylaşılan daşınmaz əmlak və nəqliyyat vasitəsi elanlarını da əhatə edir.  Yəni diqqət etmək lazımdır ki, hazırkı konkret cəza tədbiri əsasən əmlak və avtomobil elanları üzrə tətbiq edilib, ümumi "sosial media ticarəti"nin bütün sahələrinə aid deyil”.
Ekspert əlavə edib ki, oxşar təcrübə Avropa İttifaqında və digər yurisdiksiyalarda artıq bir neçə ildir tənzimlənən "gizli qiymətləndirmə" və "dark patterns" (aldadıcı interfeys taktikaları) çərçivəsində tətbiq edilən qaydalar sıyahsındadır:
“Azərbaycanda tətbiqinə gəlincə isə şəffaflıq və manipulyasiyanın qarşısının alınması, saxta elanlarla mübarizə və istehlakçı hüquqlarının qorunması faktorlarını nəzərə alaraq tətbiq edilməsi mümkündür. Manual qaydada kifayət qədər iri həcmli məlumatları emal etmək, qeyri-mümkün olduğundan dünyada tətbiq edilən və təcrübədən keçmiş sistemlərin integrasiyası ilə həyata keçirilə bilər”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri