Türkiyədəki bu tarixi abidə UNESCO nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
Icma.az, Adelet.az saytına istinadən bildirir.
Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda yerləşən tarixi Kadıkalesi (Anaia) UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Adalet.az xəbər verir ki, Aydın Vilayət Mədəniyyət və Turizm İdarəsinin yaydığı məlumata görə, tarixi abidə “Aralıq dənizindən Qara dənizə qədər Ceneviz ticarət marşrutu üzərində yerləşən qalalar və divarlı yaşayış məntəqələri” adlı nominasiya dosyesi çərçivəsində UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına qəbul olunub.
Qeyd edilib ki, Kadıkalesi arxeoloji əhəmiyyəti, strateji coğrafi mövqeyi və zəngin mədəni irsi ilə Türkiyənin UNESCO Dünya İrsi statusuna namizəd olan ən mühüm tarixi məkanlarından biri hesab edilir.
Hazırda Kadıkalesidə aparılan arxeoloji qazıntılar Muğla Sıtkı Koçman Universitetinin Ədəbiyyat fakültəsinin İncəsənət tarixi kafedrasının dosenti Suna Çağaptayın rəhbərliyi ilə davam etdirilir.
Mütəxəssislərin fikrincə, aparılan arxeoloji tədqiqatlar və bərpa işləri Kadıkalesinin gələcəkdə UNESCO-nun Dünya İrs Siyahısına tam şəkildə daxil edilməsinə mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 06 Avqust 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















