Icma.az
close
up
RU
Türkiyədəki helikopter qəzasında 6 hərbçi şəhid olub YENİLƏNİB2 AZƏRTAC

Türkiyədəki helikopter qəzasında 6 hərbçi şəhid olub YENİLƏNİB2 AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 9 dekabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin İsparta şəhərinin Keçiborlu rayonu ərazisində baş verən helikopter qəzası zamanı şəhid olan hərbçilərin sayı altıya yüksəlib.

AZƏRTAC xəbər verir ki, hadisə İsparta Quru Aviasiya Məktəbinin təlim uçuşu zamanı iki helikopterin toqquşması nəticəsində baş verib. Helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz eniş edə bilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin sayının 6-ya yüksəldiyini açıqlayıb.

Hadisə ilə bağlı açıqlama verən İsparta valisi Abdullah Erin şəhid olanlardan birinin İsparta Quru Aviasiya Məktəbinin komandanı general-mayor (tuğgeneral) İsa Baydilli olduğunu bildirib.

14:01

Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb, dörd hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, hadisə İspartanın Keçiborlu rayonu ərazisində baş verib.

Hadisə ilə bağlı açıqlama verən İsparta valisi Abdullah Erin qəza nəticəsində dörd hərbçinin həlak olduğunu, bir nəfərin isə axtarışlarının davam etdiyini bildirib.

Qəzanın başvermə səbəbləri hələ bəlli deyil. Hadisə yerinə təcili yardım və yanğınsöndürən qruplar göndərilib.

12:59

Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, hadisə İspartanın Keçiborlu rayonu ərazisində baş verib.

Qəza ilə bağlı açıqlama verən İsparta Bələdiyyəsinin sədri Şükrü Başdeğirmen helikopterin düşdüyü dəqiq yerin hələ müəyyən olunmadığını və axtarış-xilasetmə qruplarının bölgəyə göndərildiyini bildirib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri