Türkiyədəki hücumda ölənlərin sayı artdı − Yenilənib
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mustafa Çiftçi jurnalistlərə bildirib.
“Qanlı hücum nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb, onlardan səkkizi şagird və biri müəllim olub. On üç nəfər müalicə olunur, onlardan altısının vəziyyəti ağırdır”, - Çiftçi bildirib.
***16:00
Türkiyənin Kahramanmaraş şəhərindəki orta məktəbdə silahlı hücum baş verib.
Yeniavaz.com xəbər verir ki, Kahramanmaraş şəhərinin valisi Mükərrəm Ünlüer hücum nəticəsində 4 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.
O, təhsil müəssisəsinə silahlı hücumun səbəbinin hələ də məlum olmadığını bildirib.
Hadisə yerinə təcili yardım işçiləri və polis əməkdaşları göndərilib.
Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi bildirilir.
Məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı.


Bu mövzuda digər xəbərlər:Pakistanda ölənlərin sayı artdı Yenilənib
31 Yanvar 2026 19:15
Odessada ölənlərin sayı artdı Yenilənib
20 Dekabr 2025 10:29
Türkiyədəki yanğın nəticəsində ölənlərin sayı artıb
24 Yanvar 2025 02:07
Tbilisidə uçqunda ölənlərin sayı artdı YENİLƏNİB
15 İyul 2025 01:15
Rusiyada partlayışda ölənlərin sayı artdı YENİLƏNİB
07 İyul 2025 20:43
Baxış sayı:197
Bu xəbər 15 Aprel 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















