Türkiyədəki suriyalıların vətəndaşlığını ləğv etməyə çağırdılar
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Müxalifətdə olan İYİ Partiya Türkiyə Ali İnzibati Məhkəməsinə müraciət edərək, əvvəllər vətəndaşlıq almış təxminən 240 min suriyalının respublika vətəndaşlığının ləğvi tələbi ilə müraciət edib. Bu barədə partiyanın başqanı Müsavat Dərvişoğlu “Halk TV”-də məlumat verib.
“Əsəd getdi, bizim qonaqpərvərliyimiz də sona çatdı, 238 min suriyalının əvvəllər aldığı Türkiyə vətəndaşlığını ləğv etmək lazımdır”, - deyə siyasətçi bildirib.
Parlamentdə çıxış edən Dərvişoğlu, İYİ Partiyanın təklifinin 2025-ci ilin ilk altı ayında suriyalı qaçqınların könüllü olaraq vətənlərinə qayıtmasını təşviq etmək və hökumətin səlahiyyətlərinə əsaslanaraq iyulun 1-dən etibarən bütün Türkiyənin müvəqqəti himayəsində olan suriyalıların statusunun ləğv edilməsi olduğunu bildirib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 2,9 milyondan bir qədər çox suriyalı qaçqın var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etmək planlarını açıqlamışdı. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə öz növbəsində bildirib ki, Ankara 2011-ci ildən Suriyanı tərk edən qaçqınların təhlükəsiz şəkildə Suriyaya qayıtması üçün səy göstərəcək.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 12 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















