Türkiyədəki xatirə turnirində iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
İyunun 26-dan 29-dək Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub. Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ənənəvi yarışda hər 3 güləş növü üzrə milli komandanın üzvləri iştirak edəcək.
Yunan-Roma güləşi üzrə komandanın məşqçisi Elvin Mürsəliyevin rəhbərliyi altında Nihad Quluzadə (60 kq), Məhəmməd Şükürzadə (67 kq), Laçın Vəliyev və Cocu Səmədov (hər ikisi 87 kq), qadın güləşi üzrə milli komandanın böyük məşqçisi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq) və Birgül Soltanova (62 kq), sərbəst güləş üzrə məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında isə Fərid Cabbarov, Cəbrayıl Hacıyev, Səbuhi Əmiraslanov (hamısı 79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) mübarizə aparacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da, medallar uğrunda qarşılaşmalar isə 18:30-da başlayacaq.
Turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Elgün Məmmədov və Samil Fəttayev ədaləti qoruyacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















