Türkiyədən 57 ölkəyə mesaj: Məkkə İttifaqı genişləndirilir
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
“Fövqəladə dərəcədə sağlam və mühüm razılaşmadır, genişlənmə meylinin olması da son dərəcə strateji əhəmiyyət daşıyır”.
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Məkkə Müdafiə İttifaqı haqda danışarkən deyib.
“57 müsəlman ölkəsi var. Onlar böyük əhaliyə və zəngin yeraltı sərvətlərə sahibdirlər. Amma malik olduqları potensialı reallaşdıra bilmirlər. Qərb qarşısında lider ölkə ortaya çıxara bilmirlər. Bu işlər Türkiyənin liderliyi ilə həyata keçirilsə, bu vəziyyət bizi mərkəzə gətirər və dünyada daha böyük nüfuza sahib olmağımızı təmin edər. İslam dünyası da bundan böyük fayda görər. Atılan addımlar əhəmiyyətlidir. Pakistan və Səudiyyə Ərəbistanı ilə yanaşı, digər ölkələrin də iştirakı ilə bu ittifaq daha da güclənəcək”, - MHP lideri vurğulayıb.
Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıb. Sazişdə ölkələrdən hansısa birinə edilən hücumun bütün iştirakçılara qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 05 Sentyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















