Türkiyədən Hörmüzə alternativ layihə: NATO hərəkətə keçdi
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Türkiyə Hörmüz boğazından asılılığı azaltmaq üçün NATO-ya neft kəməri çəkməyi təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Müdafiə Nazirliyindəki mənbə bildirib.
"Hürriyet" qəzetinin məlumatına görə, mənbə bildirib ki, "Türkiyə NATO-ya hərbi neft kəməri layihəsi təklif edib. Bu layihə hazırda NATO tərəfindən təsdiqlənən tədbirlər paketinin bir hissəsidir. Bu layihə alyansın şərq müttəfiqlərinə enerji təchizatını gücləndirmək üçün nəzərdə tutulub".
Onun sözlərinə görə, layihə alyansın ümumi vəsaitlərindən istifadə etməklə həyata keçiriləcək.
Qeyd olunur ki, bu layihə "Hörmüz boğazındakı hadisələr fonunda NATO-nun dəniz yanacağı daşınmasından asılılığını azaltmaq" baxımından vacibdir. Eyni zamanda, bu, "NATO-nun yanacaq təchizatını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa" kömək edəcək./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 May 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















