Türkiyədən kritik addım: Rusiyadan bu məhsulun idxalı dayandırıldı
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin ən böyük neft emalı zavodu “Tüpraş” Rusiya xam neftinin alışını dayandırıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, şirkət Rusiya neftini daşıyan tankerlərə və enerji şirkətlərinə qarşı yanvarın 10-da ABŞ-ın elan etdiyi sanksiyalara görə bu addımı atıb.
“Tüpraş” İnvestor Əlaqələri İcraçı Direktoru Levent Bayarın sözlərinə görə, son təslimlər fevral ayı ərzində yekunlaşacaq: "Son sanksiyalarla idxalı dayandırdıq və son yükləri fevral ayında bitirəcəyik".
“Tüpraş”ın Rusiyadan təmizlənmiş məhsul idxalını dayandırıb-dayandırmayacağı isə hələlik bəlli deyil. /publika.az/

Rusiyadan qazı kəsilən Avropaya Türkiyədən təklif
02 Yanvar 2025 14:07
Rusiya Türkiyədən bu məhsulun idxalını qadağan etdi
12 Dekabr 2024 21:04
Bu məhsulun Rusiyadan Almaniyaya ixracı kəskin artdı
03 Yanvar 2025 21:16
Rusiyadan Ermənistana qaz nəqli dayandırıldı
13 Noyabr 2024 12:24

