Icma.az
close
up
RU
Türkiyədən NATO ölkələrinə təklif

Türkiyədən NATO ölkələrinə təklif

Icma.az bildirir, Olke.az portalına istinadən.

Türkiyə, Avropanın müdafiə qabiliyyətlərini artırması lazım olduğu üçün aparıcı Qərb ölkələrini gələcək təhlükəsizlik arxitekturasını birlikdə müzakirə etməyə dəvət edib.

"Ölkə.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, NATO transatlantik icma üçün təhlükəsizlik əməkdaşlığının əsas platforması olaraq qalır: "Fəaliyyət göstərə bildiyi müddətcə, Avropa, Amerika və transatlantik təhlükəsizliyin məqsədlərinə xidmət edir. Amma ABŞ və Avropa arasında bölünmüş vəziyyətdə olduğumuzu görsək, düşünürəm ki, Avropa müdafiə qabiliyyətlərini hər hansı bir vasitə ilə artırmalıdır. Biz təklif edirik ki, Böyük Britaniya, Türkiyə və bəzi əsas Avropa ölkələri bir araya gəlib Avropa üçün yeni təhlükəsizlik arxitekturasının necə olacağı və bu, bizim dayanıqlığımızı, gücümüzü və çəkindirmə qabiliyyətimizi gücləndirəcək şəkildə necə olacağı barədə keyfiyyətli müzakirələr aparsınlar".

O, transatlantik icma daxilində ciddi problemlərin olduğunu təsdiqləyib: "Buraya Rusiya ilə Ukrayna arasındakı müharibə, ABŞ-nin mövqeyinin dəyişməsi və digər məsələlər daxildir. Amerikanın Avropa təhlükəsizlik arxitekturasından çıxması avropalılar üçün ciddi narahatlıq doğurur. ABŞ-ın müqavilələrdən, Qrenlandiya məsələsindən və tariflərdən çıxması kimi", - deyə nazir qeyd edib.

Avropada yeni bir təhlükəsizlik arxitekturası yaratmaq ehtiyacını izah edən Fidan qeyd edib ki, bölgədə kollektiv və effektiv təhlükəsizlik potensialı olmadan ölkələr Amerika təhlükəsizlik çətirinin əbədi qorunma təmin edəcəyini gözləyərək müxtəlif güclər ətrafında fırlanmalı olacaqlar:

"Beləliklə, bu bölgədə öz ağırlıq mərkəzimizi yaratmalıyıq. Sonra özümüzü transatlantik birlikdən, Çindən və ya Rusiyadan uzaqlaşdırmaq məcburiyyətində qalmayacağıq. Nəticədə böyük güclərlə yüksək keyfiyyətli əməkdaşlıq qura biləcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Yanvar 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri