Icma.az
close
up
RU
Türkiyədən rezonans doğuran QƏRAR KONKRET

Türkiyədən rezonans doğuran QƏRAR KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə məktəblərin tədris proqramında edilən yeni dəyişikliklər ölkədə və regionda geniş müzakirələrə səbəb olub. Xüsusilə “Ege dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması diqqət çəkir.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında uzun illərdir Egey dənizində sərhədlər, adalar və hava məkanı ilə bağlı gərginlik var. Bu gərginlik bəzən diplomatik bəyanatlar səviyyəsində qalsa da, bəzi dövrlərdə açıq qarşıdurma riskinə qədər yüksəlib. Bunun ən məşhur nümunələrindən biri Kardak (İmia) böhranıdır.

1996-cı il 25–30 yanvar tarixlərində adacığın kimə məxsus olması ilə bağlı başlanan mübahisə iki ölkə arasında ciddi siyasi və hərbi gərginliyə səbəb oldu. Hər iki tərəf bölgəyə hərbi qüvvələr cəlb edərək demək olar ki, açıq münaqişə həddinə çatmışdı. ABŞ və NATO-nun vasitəçiliyi ilə tərəflər geri çəkilsə də, gərginlik heç vaxt tam bitmədi.

Bu gün də Egey dənizində hava məkanının pozulması, dəniz sərhədlərinin müəyyənləşdirilməsi və adaların statusu ilə bağlı fikir ayrılıqları tez-tez gündəmə gəlir. Türkiyə bəzi adaların silahlandırıldığını iddia edərkən, Yunanıstan bunu öz müdafiə hüququ kimi əsaslandırır. Son illərdə isə Şərqi Aralıq dənizində enerji resurslarının axtarışları bu gərginliyi yeni bir mərhələyə keçirib.

Yunanlar üçün “Egey dənizi” adı qədim yunan mifologiyasından gəlir və birbaşa Aegeus ilə bağlıdır. Yunan əfsanəsinə görə, Aegeus Afina şəhərinin kralı idi və oğlu Theseus Krit adasına Minotavrı öldürməyə gedəndə ondan qayıdarkən gəmisinin yelkənini ağ rəngdə qaldırmasını istəmişdi. Əgər qara yelkən görsəydi, oğlunun öldüyünü anlayacaqdı. Theseus missiyanı uğurla yerinə yetirsə də, geri qayıdarkən yelkəni dəyişməyi unudur. Kral Aegeus uzaqdan qara yelkən görüb oğlunun öldüyünü düşünərək özünü dənizə atır. Bundan sonra həmin dəniz onun adı ilə “Aegean Sea” (Egey dənizi) adlandırılır.

Türkiyəli hüquqşünas, akademik, xüsusilə Roma hüququ və qədim Anadolu toponimləri üzrə araşdırmaları ilə tanınan Bilge Umara (1937–2018) görə isə “Egey” adının yunan mifologiyasındakı Aegeus adlı fiqurla izahı sonradan yaranmış bir açıqlamadır və bu tip izahlar əsl etimoloji kökü tam əks etdirmir. O, bu adı daha qədim Anadolu dilləri ilə əlaqələndirərək yunan izahının əsasən sonradan formalaşmış xalq etimologiyası olduğunu deyib.

Türklər arasında yayılması

“Adalar dənizi” ifadəsi isə türklərin Anadoluda dənizlə ilk ciddi təması, yəni 11-ci əsrdən, Səlcuqlu dövründən başlayır. Anadoluda türklərin dənizçilik tarixində ilk mühüm fiqur kimi tanınan Çaka bəyin fəaliyyətləri ilə “Adalar dənizi” ifadəsi türklər arasında işlənməyə başlayır. Anadolu Səlcuqlularının dağılması ilə Aydınoğulları, Saruhanoğulları, Karesioğulları, Menteşeoğulları kimi dənizçilik fəaliyyəti ilə ön plana çıxan bəyliklər və son olaraq Osmanlıların regionu öz torpaqlarına qatması ilə bu ifadə türk-müsəlman coğrafiyasında qəbul görməyə başladı.

Ankara “Adalar dənizi” ifadəsi ilə adaların düzgün paylaşılmadığını və prosesə yenidən baxılmalı olduğuna diqqət çəkir. Başqa sözlə, adalara haqq iddia edir. Əslində, Türkiyənin bu yanaşması əsassız deyil.

1912-ci ildə İtaliya ilə Osmanlı Dövləti arasında “Uşi” sülh müqaviləsi imzalandı. Bu müqavilə İtaliya–Osmanlı müharibəsini bitirdi. Beləliklə, Osmanlı Şimali Afrikadakı son torpaqları olan Tripoli və Kirenaikanın (bugünkü Liviya) işğalını tanıdı.

Müqavilədə Egey dənizi ilə bağlı da bir məqam da var idi. Belə ki, türklərin “On İki Ada” adlandırdığı Rodos, Kos (İstanköy), Leros, Kalimnos, Simi, Patmos, Nisyros, Tilos, Astipalya, Karpatos, Kasos və Kastellorizo (Meis) adaları İtaliyanın nəzarətinə keçdi. Əslində adalar müvəqqəti İtaliyaya verilmişdi. Türkiyə adaları Lozan danışıqlarında tələb etsə də, 1947-ci ildə Paris Sülh Müqaviləsi ilə bu adalar təzminat kimi Yunanıstana verildi.

Bu gün Türkiyə ilə Yunanıstan arasında 12 ada başda olmaqla irili-xırdalı 100-dən artıq mübahisəli adalar var. Hətta qəribə olsa da, iki ölkə arasında delimitasiya və demarkasiya prosesi bir əsrə yaxındır yekunlaşmayıb. Məsələn, Meis adası Türkiyənin Antalya bölgəsindən iki kilometr uzaqlıqda yerləşir. Yunanıstan beynəlxalq hüquqa görə bu ada və ətraf suları özünün ərazisi sayır. Ankara isə bunu qəbul etmir və kiçik adanın bütövlükdə Anadolunun dəniz sularını əhatə etməsini ədalətsiz hesab edir. İşin tragikomik tərəfi isə ondan ibarətdir ki, Meis adası Anadoluya dəniz səthi ilə bitişikdir. Yəni, əslində, Anadolunun bir parçasıdır.

Türkiyə üçün bu məsələ indiki məqamda prioritet təşkil edir və çətin ki, geri çəkilsin. Lakin Ankara bu məsələləri hərbi toqquşma ilə yox, diplomatik təzyiq, beynəlxalq hüquq arqumentləri və ikitərəfli danışıqlarla həll etməyə çalışacaq. “Ege dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması ilk ciddi siqnaldır.

Türkiyə Rusiya–Ukrayna müharibəsi, İran ətrafında gərginliyin davam etməsi və paralel olaraq ABŞ–Çin rəqabətinin mühüm proses olduğunu bilir. Bu mənada Ankara təzyiqləri artıra, hətta Avropa İttifaqı və NATO-nu belə qarşısına ala bilər. Prinsipcə, yuxarıda qeyd edilən gərginlik və müharibələr fonunda ABŞ, Avropa İttifaqı və NATO-nun bu adalara görə Türkiyəni itirməyi gözə alması çətindir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 May 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri