Türkiyədən Rusiya Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Türkiyənin diplomatik səylərini davam etdirdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, müharibənin əvvəlindən Türkiyənin mövqeyi dəyişməyib: “Bu, dayandırılmalı və yayılmamalı olan müharibədir. Türkiyə Rusiya və Ukrayna ilə təmaslarından istifadə edərək taxıl sazişi, İstanbul danışıqları və əsir mübadiləsi kimi proseslərdə fəal rol oynayıb. Hazırda Qara dənizdə vəziyyətlə bağlı tərəflərlə təmaslar və təkliflər davam edir".
O bildirib ki, müharibə artıq dağıdıcı mərhələdən məhvetmə mərhələsinə keçib, mülki və infrastruktura qarşı hücumlar artır:
“Daha da yayılmasının və böyük fəlakətlərə səbəb olmasının qarşısını almaq üçün müharibə dayanmalıdır”.
Hakan Fidan müharibənin enerji qiymətlərinə, ərzaq təhlükəsizliyinə və ətraf mühitə mənfi təsirlərinin artdığını, münaqişənin Avropanın digər ölkələrinə yayılması ehtimalının isə arzuolunmaz olduğunu qeyd edib.
Baxış sayı:59
Bu xəbər 15 Sentyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















