Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyədən gətirilmiş 20,4 ton pomidoru ölkəyə buraxmayıb.
Bakıvaxtı.az xəbər verir ki, iyunun 4-də “Rosselxoznadzor”un Cənub Vilayətlərarası İdarəsinin mütəxəssisləri “Tuapse” dəniz limanında fitosanitar karantin nəzarəti həyata keçirib. Məhsullar ixracatçı ölkənin bitki karantini və mühafizəsi üzrə milli təşkilatının verdiyi fitosanitar sertifikatlarla müşayiət olunub.
Yoxlama zamanı pomidor partiyalarında tərəvəz bitkiləri üçün karantin əhəmiyyətli zərərverici olan Cənubi Amerika güvəsi (Tuta absoluta) aşkar edilib. Zərərvericinin canlı vəziyyətdə olması “VNIİKR” Federal Dövlət Büdcəli Elmi Müəssisəsinin "Novorossiysk" filialının verdiyi karantin fitosanitar vəziyyətlə bağlı rəylə təsdiqlənib.
Zərərvericinin Rusiya ərazisində yayılmasının qarşısını almaq məqsədilə pomidor partiyasının ölkəyə buraxılmasına icazə verilməyib, zərərsizləşdirilməsinə qərar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 İyun 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















