Türkiyədən Suriyaya on il ərzində 1,5 milyon qaçqın qayıdıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
2016-2026-cı illər arasında 1,5 milyon suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bu barədə açıqlama verib.
Nazirin sözlərinə görə, Ankara suriyalıların könüllü, təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmasını dəstəkləyir.
Çiftçi qeyd edib ki, Suriyada hakimiyyət dəyişikliyindən dərhal sonra (8 dekabr 2024-cü il – red.) Türkiyəni 710 min qaçqın tərk edib. “Hər gün orta hesabla 1000 suriyalı vətənlərinə qayıdır. Yay aylarında məktəblərin bağlanması ilə bu proses bir qədər sürətlənə bilər”, - deyə daxili işlər naziri bildirib.
O, 2026-cı ilin iyul ayının əvvəlinə olan məlumata istinadla Türkiyədə 2.254.000 suriyalının qaldığını bildirib. Nazir iki həftə əvvəl Suriyaya səfəri zamanı orada qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığına qarşı mübarizə də daxil olmaqla, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq yollarını müzakirə etdiyini xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 09 İyul 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















