Icma.az
close
up
RU
Türkiyədən üç ölkəyə etiraz: Qardaşlarımızdan bunu gözləməzdik

Türkiyədən üç ölkəyə etiraz: Qardaşlarımızdan bunu gözləməzdik

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipri “Kipr Respublikası” kimi tanıması qərarı etirazlara yol açıb. Üç türk dövlətinin Cənubi Kiprdə səfirlik açması Türkiyənin Kipr siyasəti çərçivəsində onilliklər boyu davam edən mübarizəsinin ən kritik qırılma nöqtələrindən biri kimi şərh edilir.

Turkustan.az xəbər verir ki, bu barədə “Haber Global” yazır.

Mənbə qeyd edir ki, üç ölkənin bu qərarında Fransa mərkəzli Avropa İttifaqının (Aİ) mühüm rolu var.

Analitiklərə görə, Özbəkistanın tekstil ixracını artırmaq, Qazaxıstanın enerji resurslarını Qərbə daşımaq və Türkmənistanın təbii qaz ixracını şaxələndirmə planları Türkiyəni sarsıdan qərarda təsirli olub.

Professor Hasan Köni Aİ-nin, xüsusilə Fransanın Mərkəzi Asiya ölkələrinə artan marağına diqqət çəkib:

“Bu durum Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipri tanımaq qərarında həlledici rol oynadı. Aİ Komissiyasının Mərkəzi Asiya üçün hazırladığı 300 milyon avroluq investisiya paketi bu ölkələrin Qərbə can atmağa təşviq etdi”.

Professor Hasan Ünal Qazaxıstan, Türkmənistan və Özbəkistanın qərarının üzücü olduğunu deyib:

“Təəssüf ki, bu durum Türkiyə xarici siyasəti üçün də uğursuzluqdur. Türk Dövlətləri Təşkilatına üzv olan üç ölkə 2,5 il əvvəl Şimali Kipr Türk Cümhuriyyətini qəbul edərkən, sanki Türkiyəyə acıq vermək üçün adanın rum tərəfində səfirlik açdılar. Bu qərarla Şimali Kipr Türk Cümhuriyyətinin varlığını tanımadıqlarını və bütün adanın qondarma rum administrasiyasına (Cənubi Kipr) aid olduğunu bəyan elədilər”.

Ünalın fikrincə, bunda Aİ-nin ciddi rolu şübhəsizdir: “Qardaş dövlətlərin Aİ ilə yaxınlaşmasını rum tərəfini tanıyacaq qədər irəli aparmaları izah edilə bilən bir məsələ deyil”.

Professor bunun Türkiyə üçün gözlənilməz bir durum olduğunu vurğulayıb./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Aprel 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri