Icma.az
close
up
RU
TürkiyəErmənistan sərhədi ilə bağlı açıqlama: Bakı ilə koordinasiyalı hərəkət edirik

TürkiyəErmənistan sərhədi ilə bağlı açıqlama: Bakı ilə koordinasiyalı hərəkət edirik

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanın Qarabağda qazandığı zəfər bölgə üçün olduqca vacib idi. Biz həm müharibə zamanı, həm də ondan sonrakı dövrdə qardaşlarımızla birlikdə addım atmışıq".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komissiyasının sədri Cüneyt Yüksel deyib.

Deputat bildirib ki, qalıcı sülhün əldə edilməsi üçün Türkiyə tərəfindən Azərbaycana lazım olan dəstək veriləcək:

"Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Özəlliklə, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Xankəndinin azad olması ilə terrorun kökü kəsildi. İndi Ermənistan bir daha geridə qalan illərdə etdiyi səhvi təkrarlamamalıdır. Azərbaycana, Qarabağa yönəlik iddialarını tarixin zibilliyinə atmalıdırlar. Ümid edirik ki, qısa müddətdə sülh əldə edilər.

Fransa və digər himayədarlar yeni reallıqla barışmalıdırlar. 1990-cı ildən başlayaraq Ermənistana olan yardımlar bu gün onların məğlubiyyətlə barışmamalarına gətirib çıxarıb. Rəsmi İrəvana dəstək beynəlxalq hüquqa ziddir. ATƏT-in Minsk qrupunda yer alan üç böyük dövlət uzun illər mənasız işlərlə məşğul oldu və münaqişəyə son qoya bilmədi. Azərbaycan öz gücü ilə ədalətsizliyə son qoydu. Bakı sülh istəyir, ancaq təhdidlərə də cavabsız qalmayacaq".

Türkiyə rəsmisi qeyd edib ki, İrəvanla Ankara arasındakı danışıqlar Azərbaycanla koordinasiyalı şəkildə aparılır:

"Türkiyə - Ermənistan sərhədinin açılması məsələsində rəsmi Ankara Bakı ilə koordinasiyalı hərəkət edir. Bir daha bəyan edirik, Türkiyə Azərbaycanın əleyhinə olacaq addım atmır və atmayacaq. Hər zaman qardaş mövqeyimizi sərgiləyəcəyik. Bütün məsələlərdə Azərbaycan tərəfi məlumatlandırılır. Qardaşlarımız bu məsələdən narahat olmasınlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri