Türkiyəli ağırlıqqaldıran Azərbaycan Prezidentinə təşəkkür etdi
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genc Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.
Bunu "Report"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşına açıqlamasında türkiyəli idmançı bildirib.
73 kq çəki dərəcəsində İslamiadanın qalibi olan atlet 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatında yaşananları xatırlayıb:
"Öncəliklə onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim. Bu hadisədən sonra Cənab Prezident İlham Əliyev məni və komanda yoldaşlarımı ölkənizə dəvət etmişdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkürümü bildirirəm".
O, azərbaycanlı ağırlıqqaldıranlarıla xoş münasibətdə olduğunu vurğulayıb:
"Bu yarışda da çempion oldum. Rahat şəkildə qızıl medal qazanacağıma əmin idim. Çünki özümə inanıram.
Azərbaycanlı idmançıların da uğurlu çıxış edəcəklərinə inanıram. Onlarla xoş münasibətimiz var. Xüsusilə Dadaş Dadaşbəyli və İsa Rüstəmovla yaxşı əlaqələrimiz var".
Qeyd edək ki, 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı hörmətsizlikdən sonra milli komandamız yarışa qatılmadan Vətənə qayıtmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 10 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















