Icma.az
close
up
RU
Türkiyəli ekspert: COP29 Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verir AZƏRTAC

Türkiyəli ekspert: COP29 Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal ekoloji böhranla mübarizə ilə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verir. Konfransda ölkənin turizmdən iqtisadiyyata qədər bir çox sahələrdə inkişafı diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərlə söhbətində Türkiyənin Bolu vilayətinin Abanta İzzət Baysala Universitetinin müəllimi, İqlim Dəyişiklikləri və Enerji Araşdırmaları Mərkəzinin qurucusu və rəhbəri, dosent İlhan Sağsen ifadə edib.

Alim Azərbaycanı həm də bərpaolunan enerji mənbələri (RES) sahəsinin inkişafına yönəlmiş əhəmiyyətli enerji gündəmi olan mühüm ölkə adlandırıb.

O qeyd edib ki, Azərbaycan təkcə qazıntı yanacağı istehsalçısı deyil, həm də yaşıl iqtisadiyyatın fəal inkişafı ilə bağlı məqsədlərini açıqlayıb: “Bu gün Azərbaycanda, xüsusən də erməni işğalından azad edilmiş ərazilərdə çoxsaylı ekoloji layihələr və yaşıl şəhərlər konsepsiyası həyata keçirilir. Bununla yanaşı, respublika enerji ixracı potensialını bərpaolunan enerji mənbələri hesabına formalaşdırmağa çalışır”, - deyə alim bildirib.

Ekspert Ukraynada müharibənin başlaması ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə alternativ töhfə mənbəyi kimi əhəmiyyətinin artdığına diqqət çəkib.

“Təsadüfi deyil ki, Aİ Azərbaycandan indikindən iki dəfə çox qaz almağa hazır olduğunu bəyan edib. Azərbaycanın enerji imkanlarını və ölkənin Mərkəzi Asiyaya çıxış kontekstində yerləşdiyi coğrafi məkanı nəzərə alsaq, Bakının mövqeyi daha da güclənəcək”, -deyə Türkiyənin İqlim Dəyişikliyi və Enerji Araşdırmaları Mərkəzinin rəhbəri əminliklə vurğulayıb.

Sağsenin fikrincə, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin yaxınlaşması COP29 çərçivəsində də özünü göstərə bilər ki, bu da Türk dünyası üçün ortaq ekoloji və enerji gündəliyinin inkişafına töhfə verəcək.

Alim vurğulayıb: “Əminəm ki, COP29 iştirakçıları ətraf mühitə xüsusi diqqət yetirməklə yeni əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsi mövzusuna toxunacaqlar. Bu, Azərbaycan və digər TDT ölkələrinə münasibətdə Türk dünyasının inkişafı üçün stimul ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri