Icma.az
close
up
RU
Türkiyəli ekspert: Ermənistan Azərbaycanın çağırışlarına qulaq asmalı və düşmənçilikdən əl çəkməlidir

Türkiyəli ekspert: Ermənistan Azərbaycanın çağırışlarına qulaq asmalı və düşmənçilikdən əl çəkməlidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 22 may, AZƏRTAC

Azərbaycan həqiqətlərinin təbliğinə təkcə dövlət qurumları deyil, vətəndaş cəmiyyəti strukturları da çalışmalıdır. Bu, Azərbaycan haqqında məlumatları və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətini xarici ölkələrin sakinlərinə çatdırmağın yeganə yoludur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı ifadə edib.

Onun fikrincə, ayrı-ayrı siyasətçilərin bəyanatları istənilən beynəlxalq effekti verə bilməz, lakin mövzu bütün cəmiyyət tərəfindən təbliğ edilərsə və qardaş ölkələr tərəfindən dəstəklənərsə, onda vəziyyət dəyişəcək.

Orallı Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq tədbirləri misal çəkərək qeyd edib ki, belə platformalar Qərbi Azərbaycanın ilk sakinlərinin tarixən üzləşdiyi problemlər barədə ictimaiyyəti məlumatlandırmaq üçün ən yaxşı vasitədir.

“Azərbaycan işğal altındakı torpaqlarını azad etməklə tarixi ədalətə nail oldu. Yeni səhifə açıldı. Bu gün regionumuza atəşkəs deyil, davamlı sülh lazımdır. Beləliklə, biz imkanları birləşdirə və Türk dünyasının ortaq məqsədləri naminə bir araya gələ biləcəyik”, - deyən türkiyəli ekspert vurğulayıb ki, sıx əməkdaşlıq olmasa, bir sıra Qərb dövlətlərinin timsalında regiondankənar aktorlar regionda öz ssenarilərini həyata keçirməyə cəhd edə bilər.

O əlavə edib: “Ölkələrimizin səbri tükənib. Biz artıq Fransanın, Kanadanın və başqa ölkələrin yalanlarına qulaq asa bilmirik. Lobbiçilik fəaliyyətini gücləndirmək, regionla bağlı həqiqətləri bütün ölkələrin sakinlərinə çatdırmaq, Berlin, London, Paris, Stokholm və digər paytaxtlarda konfranslar təşkil etmək lazımdır. Bunu Azərbaycan və Türkiyədəki qeyri-hökumət təşkilatları da etməlidir”.

Universitetin dosenti əmin olduğunu bildirib ki, Ankara və Bakının bir çox rəqibi öz cəmiyyətlərinin müqavimətindən qorxsalar, tarixi qərəzlərə arxalanmağa və mənfi ssenarilər həyata keçirməyə cəsarət etməyəcək.

Onun sözlərinə görə, dünya ictimaiyyəti ermənilərin tezislərinin yalan olduğunu getdikcə daha aydın dərk edir. “Bu, həm də qondarma 1915-ci il hadisələrinə aiddir. Türkiyə 10 il əvvəl bütün milli arxivlərin açıldığını elan etdi, lakin Ermənistan tarixi faktları qəbul etmək istəmədiyi üçün geri addım atdı. Bu gün biz İrəvandan konstitusiyaya dəyişiklik edəcəyini və gerbinə yenidən baxacağını - son nəticədə düşmənçilikdən əl çəkəcəyini gözləyirik”, -deyə Orallı bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycanın çağırışlarına qulaq asmalı və regionda sabitliyin yeni arxitekturasının bir hissəsi olmalıdır. “Ermənilərdən tələb olunan yeganə addım Azərbaycanın müəyyən etdiyi Yol Xəritəsinə əməl etməkdir”, -deyə ekspert vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri