Icma.az
close
up
RU
Türkiyəli ekspert: Qarabağın bərpasına yatırılacaq birgə sərmayələr Türk dünyası üçün vacibdir

Türkiyəli ekspert: Qarabağın bərpasına yatırılacaq birgə sərmayələr Türk dünyası üçün vacibdir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 2 fevral, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının minalardan təmizlənməsi, Qarabağ və Şərqi Zəngəzurdakı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması bütün regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də işğaldan azad edilmiş rayonların infrastrukturunun bərpasında Bakıya hər cür dəstək vermək lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərmərə Universitetinin Tarix kafedrasının professoru İlyas Kemaloğlu Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin yanvarın 29-da Ankarada keçirilən üçtərəfli görüşünün yekunlarını jurnalistlərə şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının bərpası məsələsi üç türk dövlətinin nazirlərinin danışıqlarının gündəliyinə daxil edilib və yekun Bəyannamədə öz əksini tapıb.

Kemaloğlu əlavə edib: “Tərəflər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə layihələrin həyata keçirilməsinin və ümumilikdə Bakının dəstəklənməsinin tərəfdarı olduqlarını bildiriblər. Ankara Bəyannaməsinin bu bəndi Türk dünyasının gələcəyi üçün çox önəmlidir”.

Professor diqqəti Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin nəticələrinə çəkərək vurğulayıb ki, Azərbaycan ordusunun uğurları Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində türk dövlətlərinin yaxınlaşmasına da töhfə verib.

O deyib: “TDT çərçivəsində birgə addımlar həm Azərbaycanın özünün maraqlarına uyğundur, həm də respublikanın qarşısında duran vəzifələrin həllinə, bütün Türk dünyasında əməkdaşlığın inkişafına töhfə verir”.

Ankara Bəyannaməsi mövzusuna qayıdan Mərmərə Universitetinin professoru bu cür sənədlərin türk ölkələrinin tarixi və mədəni ortaqlığa əsaslanan güclü və qarşılıqlı faydalı strateji tərəfdaşlığının təməlini təşkil etdiyinə əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri