Türkiyəli ekspert: Zəngəzur dəhlizi inteqrasiya üçün güclü stimul amilidir
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zəngəzur dəhlizi iqtisadi inteqrasiya üçün güclü stimul və Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi amili olacaq. Artıq bu gün tam aydındır ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı marşrut regionun gələcək inkişafının geosiyasi oxlarından birinə çevriləcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikri Ankarada yerləşən Diplomatik Araşdırmalar Cəmiyyətinin (UDİAD) sədr müavini Mehmet Gökhan Özçubukçu səsləndirib.
Onun fikrincə, Cənubi Qafqazın taleyi “Zəngəzur dəhlizinin fəaliyyətinin nəzərə alınması ilə edilən seçimlər və atılan strateji addımlarla müəyyən ediləcək”.
“Zəngəzur dəhlizi Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişən strateji təşəbbüsdən qat-qat artıqdır. Bu marşrut Türkiyədən Mərkəzi Asiyaya qədər geniş məkanda yeni münasibətlər sistemi formalaşdırır ki, bu da Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə nəticəsində yaranmış status-kvo sayəsində mümkün olub”, – deyə türkiyəli ekspert bildirib.
O, Zəngəzurun tarixən Azərbaycana məxsus olduğunu və bu regionun bir hissəsinin ədalətsiz şəkildə Ermənistana verildiyini xatırladıb, yeni marşrutun bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. UDİAD sədrinin müavini Zəngəzur dəhlizini Türkiyə ilə Azərbaycanın daha da yaxınlaşmasının açarı adlandırıb.
Özçubukçu eyni zamanda Orta Dəhlizin geosiyasi rəqabətin dərinləşməsi və dünyada yeni qarşıdurma xətlərinin formalaşması faktoruna çevrilməsinə yol verilməməsinin vacibliyinə diqqət çəkib.
“Türkiyə nöqteyi-nəzərindən Zəngəzur dəhlizi Ankaranın Avrasiyadakı strategiyasının mühüm komponentlərindən biridir. Dəhlizin istifadəyə verilməsi Türkiyəni proseslərə dolayı təsir göstərən oyunçudan vəziyyətə birbaşa təsir etmək, aktiv manevr etmək qabiliyyətinə malik geosiyasi aktora çevirəcək. Zəngəzur dəhlizi Türkiyənin çoxqütblü münasibətlər sistemində artan “strateji muxtariyyət” istəyinin davamına çevrilir”, – deyə ekspert hesab edir.
Özçubukçu vurğulayıb ki, Zəngəzur dəhlizi sayəsində Cənubi Qafqaz Avrasiyada inteqrasiya proseslərinin “sabit həlqəsinə” çevriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 03 Yanvar 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















