Türkiyəli forvard İngiltərə yolunda London nəhəngi 100 milyon təklif etdi
Icma.az, Fanat saytına istinadən bildirir.
"Yuventus"un hücumçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı ""Deadlinedaylive" yayıb.
Mənbənin məlumatına görə, "Çelsi" klubu 19 yaşlı forvardın xidmətində maraqlıdır. Tərəflərin artıq danışıqlara başladığı bildirilir. “Zadəganlar” türkiyəli futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır.
Gənc hücumçunun Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.
Kenan bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" Yıldızın bazar dəyərini 45 milyon avro qiymətləndirir.
Mirağa
Bu mövzuda digər xəbərlər:İngiltərə nəhəngi 100 milyon avroya oyunçu ALIR
22 Oktyabr 2025 09:17
İngiltərə klubu türkiyəli futbolçunu göndərir
23 Dekabr 2024 19:49
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
21 Noyabr 2024 19:58
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə MARAQLANIRLAR
21 Noyabr 2024 20:41
Bütün İngiltərə türkiyəli futbolçudan DANIŞIR FOTOlar
24 Yanvar 2025 18:41
Baxış sayı:59
Bu xəbər 29 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















