Türkiyəli futbolçu bundesliqada son 5 həftədə 4 cü dəfə rəmzi heyətə düşdü
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Bu mövsüm ''Hoffenhaym''da diqqətçəkən performans sərgiləyən Ozan Kabak adından söz etdirməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, türkiyəli mərkəz müdafiəçisi son turda ''Volfsburq''la ev oyununda (1:1) 90 dəqiqə meydanda oldu.
Bundesliqanın rəsmi saytında fanatlar arasında keçirilən səsvermədə o, turun rəmzi yığmasına düşməyi bacarıb. Ən maraqlısı odu ki, Ozan bunu son 5 turda artıq 4-cü dəfə bacarıb!
Bu ay Türkiyə yığmasına dəvət alacağı gözlənilən 25 yaşlı futbolçu bu mövsüm bundesliqada iştirak etdiyi 17 qarşılaşmada 4 qol vurub. ''Qalatasaray''ın yetirməsi olan və 2022-dən ''Hoffenhaym''ın şərəfini qoruyan Kabak böyük ehtimalla bu yay klubunu dəyişəcək. Çünki onun ''Hoffenhaym''la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
Baxış sayı:103
Bu xəbər 19 Mart 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















