Icma.az
close
up
RU
Türkiyəli general: İran odla oynayır, bu Türkiyəyə qarşı savaş elan etməkdir

Türkiyəli general: İran odla oynayır, bu Türkiyəyə qarşı savaş elan etməkdir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İran Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxmaq üçün Suriyadakı YPG/PKK qruplaşmasına 1500 kamikadze dron tədarük etməyə razılaşıb. Bu barədə Türkiyənin “Yeni Şəfəq " qəzeti məlumat yayıb. Məlumata görə, İran nümayəndələri ilə terror təşkilatı arasında görüş İraqda baş tutub. PKK-çılar İrandan əvvəlcə 2000 pilotsuz təyyarə tələb ediblər. Lakin İran nümayəndələri yalnız 1500 ədəd təmin edə biləcəklərini deyiblər. Razılaşma əldə olunmasına baxmayaraq, Türkiyənin yaxından izləməsi və Suriyaya hər hansı pilotsuz təyyarənin ötürülməsinə mane olmaq təhlükəsi səbəbindən daşınma gecikdirilib. 

Qeyd olunur ki, razılaşmanı əngəlləmək əzmində olan Türkiyənin səyləri İran və YPG/PKK arasında əməkdaşlığı dayandırıb. Əlavə edilib ki, Türkiyənin təzyiqi altında YPG/PKK alternativ strategiyaya - aşkarlanmamaq üçün pilotsuz təyyarələrin ayrı-ayrı hissələrlə daşınması planını həyata keçirmək istəyir. Lakin Türkiyənin sərhəd boyu əməliyyatlarını davam etdirməsi səbəbindən bu strategiyanın uğuru şübhə altında qalır.


Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz “Sherg.az”a bildirib ki, İran çox təhlükəli işlərlə məşğuldur:


“İran bundan əvvəl də PKK və Suriyada olan PYD/YPG terror quruplaşmalarına hər cür dəstək verib. Ötən günlərdə də İran nümayəndələri İraqda PKK/YPG nümayəndələriylə bir araya gəldilər. Həmin görüşdən sonra İran PKK/YPG-yə texniki və silah yardımı ilə bağlı söz verdi. Bu proses Türkiyəyə qarşı savaş elan etməkdir. İranın Suriyada və daxilində itirdiyi nüfuzunu Türkiyə üzərindən bərpa etməyə çalışması rəsmi Tehranın antiTürkiyə siyasətini davam etdirməsi deməkdir. Bu isə nəticə etibarilə İranın özünə zərər verəcək ortam yaradır. Türkiyə İranın etdiklərinə qarşı lazım olan addımları atacaq.  Rəsmi Tehran Ankaranın düşmənliyini deyil, dostluğunu düşünüb buna uyğun siyasət aparmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri