Icma.az
close
up
RU
Türkiyəli general: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması tarixi uğurdur

Türkiyəli general: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması tarixi uğurdur

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan Üçtərəfli Bəyanatla başa çatdı. Nəticədə Qarabağda atəşkəsin təmin edilməsi üçün Rusiya sülhməramlı qüvvələri yerləşdirildi. Keçən il aprelin 17-də Rusiya sülhməramlı qüvvələri 5 illik müddət tamamlanmadan Azərbaycan ərazisindən çıxarılmağa başladı və aprelin 26-da Ağdamda atəşkəsə nəzarət etmək üçün yaradılmış Rusiya-Türkiyə Monitorinq Mərkəzi bağlandı".

Bunu Oxu.Az-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O, bu tarixi hadisənin geostrateji əhəmiyyətini bəhs edib:

"10 noyabr Bəyanatının imzalanması nəticəsində atəşkəsə nəzarət etmək, münaqişənin qarşısını almaq və atəşkəsin tezliklə sülh müqaviləsinə çevrilməsinə kömək etmək məqsədilə Rusiya sülhməramlı qüvvələrinin bölgədə yerləşdirilməsi nəzərdə tutulmuşdu. 30 yanvar 2021-ci ildə bu fəaliyyətləri yerdən, havadan və qurudan monitorinq etmək məqsədilə Ağdam rayonunda birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradıldı. Mərkəz keçən il aprel ayında Rusiya sülhməramlı qüvvələrinin də bölgəni tərk etməsindən sonra öz missiyasını yerinə yetirmiş oldu. Burada əsas narahatlıq Rusiya sülhməramlı qüvvələrinin vəzifə müddəti bitməsinə baxmayaraq, Qarabağı tərk etməyəcəyi ilə bağlı idi. Çünki 5+5+5 formulunda olduğu kimi, BMT sülhməramlı qüvvələri missiyaları nümunəsində müddətin uzadılması ehtimalı var idi.

Məsələn, Kiprdə olan BMT sülhməramlı qüvvələri 60 ili tamamlayıb. Lakin Prezident İlham Əliyevin gələcəyi göz qabağında tutan siyasəti, yumşaq və sərt gücü yerində və vaxtında istifadə etməsi, dünyadakı digər konyunktur vəziyyətləri düzgün qiymətləndirməsi nəticəsində Rusiya sülhməramlı qüvvələri Azərbaycanı vaxtından əvvəl tərk etdi. Bu çox əhəmiyyətli və tarix dərsliklərinə keçməli olan böyük bir uğurdur. Çünki Ermənistan 3 il ərzində davamlı olaraq müxtəlif təxribatlarla Rusiyanı və onun sülhməramlı qüvvələrini Azərbaycana qarşı qızışdırmağa çalışırdı. Azərbaycan Ordusunun bu müddət ərzində həyata keçirdiyi əməliyyatlar və 2023-cü il sentyabrında yerinə yetirdiyi birgünlük antiterror əməliyyatı tarixin qəhrəmanlıq səhifələrinə çevrildi", - deyə Y.Karauz bildirib.

Söhrab İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Aprel 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri