Icma.az
close
up
RU
Türkiyəli iş adamı Azərbaycanda 1 milyona yaxın dələduzluğa görə axtarışa verilib DİN dən açıqlama

Türkiyəli iş adamı Azərbaycanda 1 milyona yaxın dələduzluğa görə axtarışa verilib DİN dən açıqlama

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gənclik 94” MMC-nin direktoru Arzu Əliyev Türkiyə vətəndaşı olan sahibkar Tolqa Şahinin ona 613 min manatdan çox ziyan vurduğu halda, bu günə qədər cəzalanmamasından narazıdır.

İş adamı Bizimyol.info-ya açıqlamasında bildirib ki, onun şikayəti əsasında hələ 2024-cü ilin noyabrında cinayət işi başlansa da, indiyə qədər Tolqa Şahin saxlanmayıb.

Arzu Əliyevin sözlərinə görə, Tolqa Şahin “Gənclik 94” şirkətinin Zabrat qəsəbəsindəki anbarlarından tikinti materialları götürüb, lakin pulunu ödəməyib. Nəticədə ona qarşı 613 min 601 manatlıq dələduzluq baş verib.

O bildirib ki, dediklərini təsdiqləyən sənədlər - müqavilə, “Gənclik 94” MMC-dən Tolqa Şahinə məxsus olan “Prefabrik” şirkətinə tikinti materialları verildiyini sübut edən təhvil-təslim aktları var.

Zərərçəkmiş onu da qeyd edir ki, ona 613 min manatdan çox ziyan vurmuş Tolqa Şahinin Azərbaycanda olması barədə məlumatlar alıb. Lakin həmin şəxsin indiyədək hansı səbəbdən tutulmamasının səbəbini bilmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizimyol.info-nun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın müraciəti əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. T.Şahin də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Amma o, istintaqdan yayındığı üçün barəsində həbs növündən olan axtarış qərarı qəbul edilib.

“Onun saxlanılması istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir”, - DİN-in Mətbuat Xidmətindən bildirilib.

Tolqa Şahinin adı “Gənclik 94” şirkətinin rəhbəri Arzu Əliyevlə yanaşı, başqa şəxslərə, o cümlədən Qarabağ qazilərinə qarşı da dələduzluqda hallanır. Vurulan ziyanın məbləğinin isə ümumilikdə 1 milyona yaxın olduğu iddia olunur.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri